ONN İnformasiya Agentliyi

Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü

Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü
14 Yanvar 2021 - 18:25

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 14-də Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan müdafiə naziri diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png