ONN İnformasiya Agentliyi

İrandan Azərbaycana Qarabağ təklifi

İrandan Azərbaycana Qarabağ təklifi
15 Yanvar 2021 - 12:03

İranla Azərbaycanın iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanları var.

ONN media  xəbər verir ki, bunu İran parlament spikerinin xüsusi köməkçisi Hüseyn Əmir-Abollahyan Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynovla görüşündə deyib.

Tehranın Qarabağ münaqişəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladan Əmir-Abollahyan münaqişənin sona çatmasının bölgəyə sülh və sabitlik gətirəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, İran şirkətləri inşaat sektorunda böyük potensiala malikdirlər və rəsmi Bakının Qarabağı bərpa etməsində kömək edə bilərlər. İranla Azərbaycan bölgələri arasındakı qısa məsafə İran firmalarına üstünlük qazandırır.

Tərəflər görüşdə regional inkişaf və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları barədə də fikir mübadiləsi aparıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png