ONN İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyasının ilk komitə iclası keçirildi

Milli Məclisin yaz sessiyasının ilk komitə iclası keçirildi
15 Yanvar 2021 - 13:38

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ilk iclası keçirilib.

ONN media  xəbər verir ki, komitə iclasının gündəliyinə 5 məsələ daxil edilib.

Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır:

– “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (birinci oxunuş)

– “Notariat haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş).

– “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş).

– “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş).

– “Müəlliflik hüququ və əlaqəli hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş).

Bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png