ONN İnformasiya Agentliyi

“Netflix” abunəçilərinə SEVİNDİRİCİ XƏBƏR

“Netflix” abunəçilərinə SEVİNDİRİCİ XƏBƏR
17 Yanvar 2021 - 19:58

Film və televiziya şirkəti “Netflix” 2021-ci il üçün yeni qərar qəbul edib.

ONN media xəbər verir ki, dünyanın ən məşhur rəqəmsal platforması bundan sonra hər həftə yeni film yayımlayacaq.

Belə qərarın qəbul edilməsinə səbəb bir çox dünya ölkələrində sərtləşdirilmiş karantin rejiminin davam etməsi və kino zallarının hələ də bağlı olmasıdır.

Yeni qaydanın gələn həftədən etibarən tətbiqinə başlanılacaq.

Yayımlanacaq yeni ekran əsərlərindən biri “Don’t look up”dır. Sözügedən filmin baş rollarında Leonardo Di Kaprio, Meril Strip, Ariyana Qrande kimi ulduzlar çəkiliblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png