ONN İnformasiya Agentliyi

Azərbaycan “ölüm təmizliyinə” başladı – Türkiyə də hərəkətə keçir

Azərbaycan “ölüm təmizliyinə” başladı – Türkiyə də hərəkətə keçir
09 Fevral 2021 - 14:53

İşğaldan azad olunan ərazilərdə böyük dağıntılar var. Bölgənin yenidən inşası üçün böyük təşəbbüslər göstərilməlidir. Biz Türkiyə olaraq bu təşəbbüslərə töhfə verməyə hazırıq.

ONN media  xəbər verir ki, bunu işğaldan azad edilmiş bölgələrə səfərə gedən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Anadolu”ya açıqlamasında deyib.

Özoral Cocuqmərcanlı kəndi ermənilərin işğalından azad edildikdən sonra oranın abadlaşdırılması üçün Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə birlikdə lahiyə gerçəkləşdirdiklərini xatırladıb: “Azərbaycana, qardaşlarımıza hər cür dəstək verməyə hazırıq. Buna artıq başlamışıq. Türkiyənin minatəmizləmə komandaları Azərbaycandadır. Minatəmizləmə fəaliyyətləri ilə yanaşı, Azərbaycanın bu sahədə potensialını genişləndirmək üçün təlim fəaliyyətləri gerçəkləşdirir.

Mina təmizlənməsi və bölgələrin planlaşdırılması başa çatdıqdan və ehtiyaclar müəyyən edildikdən sonra Azərbaycanın ehtiyac duyduğu hər şeyi təmin etməyə davam edəcəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png