ONN İnformasiya Agentliyi

Avtomobil alıb-satanların nəzərinə: Qiymətlər DƏYİŞƏ BİLƏR

Avtomobil alıb-satanların nəzərinə: Qiymətlər DƏYİŞƏ BİLƏR
09 Fevral 2021 - 22:24

Karantin rejiminin yumşalması, il dəyişməsi, manat üzərindəki neqativ təsirlərin tədricən aradan qalxması kimi amillər avtomobil bazarına müsbət təsirlərini göstərib.

ONN media xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məlumat verib.

R.Osmanlı bildirib ki, alıcılıq qabiliyyətinin, müraciətlərin və buna nəzərən, bazarda aktiviliyin artımı müşahidə olunmaqdadır:

“Eyni zamanda, mövsüm olaraq avtomobil bazarı üçün aktiv bir dövr başlayır. Təbii ki, bu mövsümün həm idxala, həm də alıcılıq qabiliyyətinə müsbət təsirləri müşahidə olunur, yəni bu tendensiya hər il davam edir. Bundan əlavə, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanda avtomobilə olan marağı da qismən artırıb.

Bütün bu məsələlər avtomobil bazarında müsbət dinamikanın yaranmasına gətirib çıxarır. Hazırda qiymətlər barədə bir söz demək çətindir, ancaq aktivlik artığı halda qiymətlərə də müəyyən təsir göstərəcək”. / “Trend”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png