ONN İnformasiya Agentliyi

İri ticarət mərkəzləri və “Mall”arla bağlı Operativ Qərargahdan AÇIQLAMA

İri ticarət mərkəzləri və “Mall”arla bağlı Operativ Qərargahdan AÇIQLAMA
10 Fevral 2021 - 13:15

Azərbaycanda koronavirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı azaldıqca karantin qaydalarında yumşalmalara gedilir. Bundan əlavə yanvarın 18-də Azərbaycanda vaksinasiyaya başlanılıb. Bu gün müzakirə olunan məsələlərdən biri də iri ticarət mərkəzlərinin və “Mall”arın  nə zaman açılacağıdır.

ONN media xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələlik heç bir məlumat yoxdur:

“Karantin qaydalarında yumşalmalara gediləndə və hər hansı qərar qəbul ediləndə, bu haqda tərəfimizdən məlumat verilir. İri ticarət mərkəzləri və “Mall”arla bağlı məndə heç bir məlumat yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png