ONN İnformasiya Agentliyi

Ən güclü olduğumuz dövrdəyik – Ərdoğan

Ən güclü olduğumuz dövrdəyik – Ərdoğan
12 Fevral 2021 - 21:30

Cümhuriyyət tarixində ən böyük infrastruktura, yaxın tariximizin ən savadlı insan resurslarına sahibik. Artıq öz strategiyasını müəyyənləşdirən, taktikalar tətbiq edən, hədəflərinə doğru yürüyən müstəqil bir Türkiyə var.

ONN media  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin gənclər təşkilatlarının iştirakı ilə keçirilən toplantıda deyib.

“Bütün təxribat səylərinə baxmayaraq, birlik və həmrəyliyin ən güclü olduğu dövrdəyik. Tariximizin hər sahəsində qətiyyətlə irəlilədiyimiz zamandayıq. Ölkəmizi kosmosda təmsil edəcəksiniz. Dizayndan proqrama, istehsaldan inkişafa qədər yeni iqtisadiyyatın hər mərhələsində olacaqsınız. Rəqəmsal dünyanı quracaqsınız. Universitetlərimizi marjinal qruplar üçün fəaliyyət sahəsi olmadan bir elm evi halına gətirəcəksiniz”, – Ərdoğan gənclərə müraciətində qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png