ONN İnformasiya Agentliyi

Moskva hava limanlarında 40-dan çox uçuş ertələndi – NİYƏ?

Moskva hava limanlarında 40-dan çox uçuş ertələndi – NİYƏ?
12 Fevral 2021 - 22:31

Moskvada davam edən güclü qar yağıntısı səbəbindən 40-dan çox aviareys ertələnib və ya gec gəlib, daha 10 reys isə, ümumiyyətlə, təxirə salınıb.

ONN media  bildirir ki, bunu Rusiya paytaxtının hava limanlarının onlayn tablosundan görmək olar.

Şeremetyevoda 10 reys təxirə salınıb, Vnukovoda 19 reys ertələnib, ikisi ləğv edilib. Domodedovoda 4 reys təxirə salınıb, 15-i gecikmədədir. Jukovskidə 4 reys ertələnib.

Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Moskvada güclü qar yağışı fevralın 13-14-dək davam edəcək. Eyni zamanda qar çovğunu olacağı da proqnozlaşdırılır. Üç gün ərzində Rusiya paytaxtına orta hesabla 25-30 mm yağıntı düşəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png