ONN İnformasiya Agentliyi

Bu il Qələbə Paradı adi formatda keçiriləcək? – Kreml açıqladı

Bu il Qələbə Paradı adi formatda keçiriləcək? – Kreml açıqladı
19 Mart 2021 - 14:09

Moskvanın Qızıl Meydanında 9 may Qələbə Paradı bu il adi formatda keçiriləcək.

ONN media  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, paradda tamaşaçıların iştirakı məsələsi ilə bağlı qərarın epidemioloji vəziyyətdən asılı olaraq veriləcəyini qeyd edib.

Kremlin sözçüsü ölkədə koronavirusla bağlı dinamikanın nikbinlik yaratdığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qələbə Paradının keçiriləcəyini açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png