ONN İnformasiya Agentliyi

Arutyunyan: Müharibəyə qalxsaq, bizi yox edəcəklər! – VİDEO

Arutyunyan: Müharibəyə qalxsaq, bizi yox edəcəklər! – VİDEO
19 Mart 2021 - 14:46

Uzun illər, onilliklər ərzində erməni cəmiyyətinin təhsil səviyyəsi durmadan azalıb. Hazırda ermənilər ən kiçik mənəvi norma və ya dəyərləri olmayan savadsız və qəddar cəmiyyətə çevrilib.

ONN media  xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Avetis Arutyunyan yazıb.

“Ermənistanın problemlərinin dərin səbəbləri var və əlbəttə ki, bu problemlər mövcud hakimiyyət və ya Nikol Paşinyan ilə məhdudlaşmır. Sonuncusu sadəcə olaraq erməni reallığında konsentrasiya edilmiş keçmiş problemlərin daşıyıcısıdır. Nikolun ən əsas səhvi hakimiyyətdən yapışmasıdır. Bu, uzun müddətdir baş qaldıran problemləri daha da dərinləşdirir.

Cəmiyyətimizin minimum təhsil səviyyəsində biz yaxşı, inkişaf etmiş, səmərəli, çiçəklənən dövlətə malik olmaq istəyirik. Belə olmur”, – deyə erməni ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistan kimi deqradasiyaya uğramış siyasi sistemi olan cəmiyyətdə normal dövlət ola bilməz, bu, cəfəngiyatdır:

“Məhz bu səbəbdən Ermənistanın, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, uzunmüddətli inkişaf perspektivi olmayacaq. Biz yenidən müharibə istəyi ilə baş qaldırsaq, bizi yox edəcəklər. Çünki bizim cəmiyyət məhz buna da laiqdir”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png