ONN İnformasiya Agentliyi

Sevgilisi məşhur aparıcını döyüb

Sevgilisi məşhur aparıcını döyüb
03 Aprel 2021 - 16:35

“Орла и решки”nin aparıcısı Yuliya Koval sevgilisi tərəfindən döyüldüyünü etiraf edib.

ONN media  xəbər verir ki, o, hadisınin mübahisə zamanı baş verdiyini bildirib.

Yuliya əlavə edib ki, sevgilisi az qala onun üzünü eybəcər hala salacaqmış. Hadisə cütlük Vladivostoka gedən ərəfədə yaşanıb. Onlar əylənmək üçün kluba yollanıb, sevgilisi qəfildən yox olub. Bir neçə vaxtdan sonra geri qayıdıb, heç nə izah etməyib. Yuliya çox əsəbiləşdiyini, narahat olduğunu, dəfələrlə zəng vurduğunu bildirib. Oğlan telefonu alaraq yerə çırpıb, amma mübahisə bununla bitməyib. Yuliya oğlanın onu vurmağa başladığı bildirib. Aparıcı qeyd edib ki, özü də ona cavab  verərək vurmağa başlayıb:

“Sonra utandığım hadisə yaşandı. Onun üzünə bir, iki, üç şillə vurdum. Dedi ki, bir də vursan, səni döyəcəm. Bir şillə vurdum, sonra gözümü açanda qan içində olduğumu gördüm. Onun barmağında üzük var idi, vuranda dodağıma dəyib. Təcili yardım çağrıldı və məni xəstəxanaya yerləşdirdilər. Çox qorxurdum ki, dodağımda tikiş izləri qalacaq”.

Aparıcı oğlanın həmin hadisədən sonra onu iki gün bağlı yerdə saxladığını əlavə edib. Buna səbəb isə onun hadisəni yaxınlarına deməməsini istəməsi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png