ONN İnformasiya Agentliyi

Avtoriteti öldürənlərdən YENİ XƏBƏR

Avtoriteti öldürənlərdən YENİ XƏBƏR
19 Aprel 2021 - 10:27

Kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

ONN media  xəbər verir ki, şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Mübariz Mürsəl oğlu Budaqlıya aid “Mersedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Taleh İbrahim oğlu Cəlalov və Səxavət Oruc oğlu Hüseynovu saxlayıblar.

İstintaqın gedişində S.Hüseynovun qardaşı V.Hüseynov və İ.Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Hüseynov və Taleh Cəlalov 18 il, Səxavət Hüseynov 17 il və İmran Bəbirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar qəsdən adam öldürmə, qanunsuz silah saxlama, xuliqanlıq və digər əməllərdə təqsilri biliniblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png