ONN İnformasiya Agentliyi

Kafe sahibini ölümlə hədələyən şəxs yaxalandı

Kafe sahibini ölümlə hədələyən şəxs yaxalandı
21 Aprel 2021 - 13:25

Aprelin 19-da Göygöl şəhərində A.Hüseynovun münaqişə zəminində E.Ağakişiyevin işlətdiyi kafenin qarşısına yığdığı stol və stulları yandırması və ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov saxlanılıb.

Onun evinə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi, 19 ədəd patron və 1 ədəd patron kəməri aşkar edilərək götürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png