ONN İnformasiya Agentliyi

Türkiyə ordusu PKK-nın əsas üzvlərindən birini MƏHV ETDİ

Türkiyə ordusu PKK-nın əsas üzvlərindən birini MƏHV ETDİ
24 Aprel 2021 - 19:32

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri məhv edilib.

ONN media  xəbər verir ki, PKK-nın qolu olan KCK-nın “icraiyyə komitəsi”nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.

Onun terror təşkilatına 1999-cu ildə Yunanıstandan qatıldığı bildirilir. Dalokay Şanlı Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı “Apollo Akademiyası”nın rəhbərliyində təmsil olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png