ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Paşinyan İSTEFA VERDİ

SON DƏQİQƏ: Paşinyan İSTEFA VERDİ
25 Aprel 2021 - 11:25

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib.

ONN media  xəbər verir ki, bu barədə Paşinyan xalqa müraciətində deyib.

O, ölkədə erkən parlament seçkiləri keçirmək üçün istefa etdiyini söyləyib: “Konstitusiya müddəalarını həyata keçirmək və parlamenti buraxmaq üçün bu gün istefa edirəm”, – Paşinyan bildirib.

N.Paşinyan erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini əvvəllər elan etmişdi. O, parlamentin buraxılması mexanizminə başlamaq üçün aprel ayında rəsmi olaraq istefa edəcəyini, ancaq seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini açıqlamışdı.

Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə erkən seçkilər parlamentin buraxılmasından 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png