ONN İnformasiya Agentliyi

Behrudinin qardaşı oğlunun intiharı: onu kim təhrik edib?

Behrudinin qardaşı oğlunun intiharı: onu kim təhrik edib?
27 Aprel 2021 - 10:15

Ötən gün Bakıda intihar hadisəsi baş verib.

ONN media  xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini İsa İlham oğlu Alməmmədov yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.

İsa Alməmmədov tanınmış yazar Rüstəm Behrudinin qardaşı oğludur.

Rüstəm Behrudi Musavat.com-a bildirib ki, intihara təhriklə bağlı bəzi şübhələri var:

“Ətrafı onu intihara təhrik edə bilər deyə şübhələr var. Bu barədə polisə məlumat vermişik”.

Şair bildirib ki, 17 yaşlı İsa çox ağıllı, savadlı bir yeniyetmə olub, heç vaxt valideynlərini və qohumlarını narazı salan bir hərəkəti olmayıb.

Gəncin atası İlham Behrud Alməmmədov isə sosial şəbəkə hesabında “Namərd adamlar, siz mənim oğlumu öldürdünüz”, – deyə, paylaşım edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png