ONN İnformasiya Agentliyi

Sevda ana olması haqda: “Gizlətmək qeyri-mümkün idi”

Sevda ana olması haqda: “Gizlətmək qeyri-mümkün idi”
02 May 2021 - 11:30

“Əlbəttə ki, ailə həyatı çox gözəldir. Maşallah deyim, bu dərəcədə maraqlı, gözəl olacağını təsəvvür edə bilmirdim. Şükür Allaha, hər şey yaxşıdır. Dəyişən bir şey var, mən ailə qurmuşam. Çox sevinirəm ki, hər şey çox gözəl gedir. Bütün xanımlara xoşbəxtlik arzu edirəm”.

ONN media xəbər verir ki, bu sözləri pandemiya dövründə sadə nikahla həkim Zakir Bayramova ərə gedən müğənni Sevda Yahyayeva “MTV Azərbaycan”a açıqlamasında deyib. Sənətçi ana olmasından da danışıb:

“İctimai insan olduğum üçün bunu gizlətmək qeyri-mümkün idi. Çünki mənim həyatım dəyişmişdi. Ona görə də bizi sevən insanlarla bunu bölüşdük. Bu, izləyiciyə hər zaman maraqlı olub. Heç vaxt arzulamamışam mənim oğlum, ya da qızım olsun. Əsas arzulamışam ki, gözəl, xeyirli, sağlam övlad olsun. İnanıram ki, hər şey gözəl olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png