ONN İnformasiya Agentliyi

Ramin Bayramlı danışdı: Əsas məqsədimiz…

Ramin Bayramlı danışdı: Əsas məqsədimiz…
02 İyul 2021 - 13:51

Tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması əsas hədəfimizdir.

ONN media bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, agentlik ölkədə səhiyyə sahəsində transformasiyanın, islahatların həyata keçirilməsində mühüm rola malikdir.

“Bir çox həmkarlar adımızı pandemiya ilə yanaşı çəkirlər və düşünürlər ki, TƏBİB sadəcə pandemiya ilə mübarizə üçün yaranmış qurumdur. Ancaq pandemiya ilə mübarizə bəlkə də bizim fəaliyyətimizin kiçik bir hissəsidir. Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır. Səhiyyə xidmətləri bütövlükdə transformasiya olunmaqla növbəti mərhələyə hazırlanmalıdır. Ən mühüm hissəsi isə ilkin səhiyyə xidmətləridir. O ölkələr pandemiya ilə mübarizə apara bildilər ki, onların qoruyucu səhiyyə xidmətləri yaxşı inkişaf edib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png