ONN İnformasiya Agentliyi

İranın Xəzərdə Türkiyə QORXUSU: Tehran təlimlərdən narahatdır

İranın Xəzərdə Türkiyə QORXUSU: Tehran təlimlərdən narahatdır
13 Sentyabr 2021 - 14:55

İran Türkiyənin Xəzərdə Azərbaycanla birlikdə hərbi təlim keçirməsindən narahatdır.

İran XİN-in sözçüsü Səid Xətibzadə “Türkiyənin Xəzərdə hərbi mövcudluğunu dənizin statusuna görə qanunsuz” adlandırıb. Halbuki, təlimlər rəsmi olaraq Türkiyənin Xəzərdə hərbi mövcudluğu yox, Azərbaycanla sualtı hücum və müdafiə məşqlərini həyata keçirmək məqsədi daşıyır.

Azərbaycan Hərbi Dəniz Qüvvələri qardaş Türkiyənin təcrübəsini öyrənir.

İran ondan narahatdır ki:

– Qarabağ müharibəsi ilə Cənubi Qafqazda təsir imkanlarını gücləndirən Türkiyə Xəzərdə də aktivləşə bilər;
– Azərbaycan Xəzərdə də tək deyil;
– Azərbaycanın Hərbi Dəniz Qüvvələri güclənir;

Azərbaycan Xəzərdə daxili sularında istədiyi ölkə ilə hərbi təlimlər keçirə bilər. Xəzərin statusu beş sahilboyu dövlətdən savayı digər ölkələrin hərbi mövcudluğunu qəbul etmir. Türkiyə də Xəzərdə ordu saxlamır, sadəcə Azərbaycanın yanında yer alır.

İranın indi səsinin çıxması, sualtı məşqləri “Türkiyənin Xəzərdə hərbi mövcudluğu” kimi təqdim etməsinin səbəbi də Qarabağa qanunsuz yük daşımalarına rəsmi Bakının etirazı və Gorus-Qafan yolunda üzləşdikləri vəziyyətdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png