ONN İnformasiya Agentliyi

İstəyirəm məhkəmə tez başa çatsın, mən də…. – Eldar Həsənov (YENİLƏNDİ)

İstəyirəm məhkəmə tez başa çatsın, mən də…. – Eldar Həsənov (YENİLƏNDİ)
20 Sentyabr 2021 - 15:56

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənov məhkəməyə müraciət edib: “Möhtərəm hakim, mən istəyirəm məhkəmə tez başa çatsın, mən də cəzamı alım”.

Hakim isə cavabında deyib: “Eldar müəllim, hələ bilmirik siz cəza alacaqsınız ya yox”.

Daha sonra prosesdə Buxarestdəki parkın təmir bərpası ilə bağlı ifadə verən Eldar Həsənov deyib ki, həmin parkın təmiri səfirlik tərəfindən həyata keçirilməyib: “Parkın təmirini aparan şirkəti şəhər meriyası seçib. Tikinti bərpaya nəzarəti də XİN-in komissiyası aparıb. Təmir tikintiyə şəhər meriyası baxırdı. Ən əsası odur ki, abadlaşdırma aparan şirkətin təhvil-təslim aktı yox, meriyanın parkı təhvil götürməsi aktı yox, amma müstəntiq burda yeyinti faktı aşkarlayıb. Hansı əsasla?”.

Eldar Həsənov bildirib ki, səhhəti imkan vermədiyi üçün ikinci epizod üzrə ifadə verə bilmir.

Proses sentyabrın 24-də davam etdiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png