ONN İnformasiya Agentliyi

Komandan: “Hərbi Hava Qüvvələri hər an hazır vəziyyətdədir”

Komandan: “Hərbi Hava Qüvvələri hər an hazır vəziyyətdədir”
22 Oktyabr 2021 - 11:40

“Ümumiyyətlə, ordunun döyüş imkanları daim yüksək olmalıdır. Bütün qoşun növlərində döyüş hazırlığının yüksək səviyyədə olması vacibdir”.

ONN media xəbər verir ki, bunu “Report”un sualını cavablandırarkən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov deyib.

Hərbi Hava Qüvvələrinin hazırkı döyüş imkanlarından danışan komandan bildirib: “Hərbi Hava Qüvvələri gündəlik döyüş növbətçiliyi aparır və ölkəmizin hava məkanını qoruyur. Qüvvələrimiz hər hansı düşmən tərəfindən təxribatın və fəaliyyətin qarşısının alınması üçün hər an hazır vəziyyətdədir. Bu, həm təyyarələrimizə, həm də Hava Hücumundan Müdafiə Qoşunlarımıza aiddir”.

Nazir müavini qeyd edib ki, döyüş hazırlığı planına əsasən, HHQ-də hər gün tədbirlər keçirilir.

R.Tahirov döyüş hazırlıqlarının davam etdirildiyini vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png