ONN İnformasiya Agentliyi

Ərdoğan Ermənistana ŞƏRT QOYDU: yalnız bundan sonra…

Ərdoğan Ermənistana ŞƏRT QOYDU: yalnız bundan sonra…
26 Oktyabr 2021 - 21:10

“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”.

ONN media  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq” , – deyə dövlət başçısı vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png