ONN İnformasiya Agentliyi

Böyük Britaniyada yarasalarda yeni koronavirus aşkarlandı

Böyük Britaniyada yarasalarda yeni koronavirus aşkarlandı
25 Noyabr 2021 - 22:59

Böyük Britaniyada nalburun yarasalarda COVID-19 virisuna yaxın olan yeni koronavirus aşkar edilib.

ONN media  xəbər verir ki, virus Şərqi İngiltərə Universiteti, London Zoologiya Cəmiyyəti və İngiltərənin İctimai Səhiyyə Xidmətinin alimləri tərəfindən tapılıb.

Qeyd olunur ki, alimlər Böyük Britaniyanın bir neçə regionunda 50-dən çox kiçik nalburun yarasadan nümunələri tədqiq edib. Nümunələrin birində yeni koronavirus aşkar edilib.

Alimlər virusa RhGB01 adını verib. Müəyyən olunub ki, RhGB01 virusuna ən yaxın virus 2008-ci ildə Bolqarıstanda yarasalarda aşkar edilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png