ONN İnformasiya Agentliyi

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: 52 nəfər həlak oldu

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: 52 nəfər həlak oldu
25 Noyabr 2021 - 23:32

Kuzbassdakı “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində 52 nəfər həlak olub.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölənlər arasında 6 nəfər xilasedici var.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png