ONN İnformasiya Agentliyi

Saakaşvili yeni şərt irəli sürdü

Saakaşvili yeni şərt irəli sürdü
25 Noyabr 2021 - 23:49

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müalicə aldığı Qori hərbi xəstəxanasına deputatların buraxılmadığını açıqlayıb.

ONN media xəbər verir ki, bu barədə Saakaşvilinin Feysbuk səhifəsində qeyd olunub.

“Artıq bir həftədir ki, Vahid Milli Hərəkat və digər partiyalardan olan deputatlar içəri buraxılmır. Son günlər palatamın yanında dayanan DTX nümayəndələri buradakı tibb işçilərini təhdidedici şəkildə dindirirlər ki, mən onların vasitəsilə cəmiyyətimizə hərhansı mesaj göndərməyim.

Əgər sabahdan deputatların içəri buraxılması qadağan olunarsa, mən müalicə kursundan imtina edəcəyəm və yalnız həbsdən əvvəl aldığım dərmanları qəbul edəcəyəm”, – deyə M. Saakaşvili qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png