ONN İnformasiya Agentliyi

Putinin Paşinyanla ikitərəfli görüşü başa çatdı – YENİLƏNDİ

Putinin Paşinyanla ikitərəfli görüşü başa çatdı – YENİLƏNDİ
26 Noyabr 2021 - 22:50

Rusiya Ermənistanla münasibətlərin strateji və müttəfiq xarakterini yüksək qiymətləndirir.

ONN media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdə deyib.

Putin ölkələr arasında ticarət dövriyyəsinin pandemiyadan əvvəlki səviyyəyə çatacağına ümid etdiyini bildirib.

“Düzdür, son bir ildə ticarət dövriyyəsi bir qədər azalıb, ümid edirəm ki, bundan sonra daha da irəli gedəcəyik”, – Rusiya lideri əlavə edib.

Qeyd edək ki, ikitərəfli görüş artıq başa çatıb.

xxxx

20:56

“Hazırda Soçidə Prezident Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb”.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Üçtərəfli görüş başa çatıb. Prezidentlər media üçün birgə bəyanatla çıxış ediblər, bir müddət sonra açıqlanacaq”, – Kreml sözçüsü bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png