ONN İnformasiya Agentliyi

Rusiya qırıcıları Fransa təyyarələrini izlədi

Rusiya qırıcıları Fransa təyyarələrini izlədi
08 Dekabr 2021 - 22:26

Rusiyanın Su-27 qırıcı təyyarələri Qara dəniz üzərində Rusiya sərhədlərinə yaxınlaşmaq istəyən Fransanın “Rafal” və “Miraj” hərbi təyyarələrini izləyib.

ONN media  xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 8-də Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi Qara dənizin neytral suları üzərində uçuş edən Fransa təyyarələrini aşkar edib:

“Hava hədəflərinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması üçün Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus Su-27 qırıcıları havaya qaldırılıb.

Rusiya qırıcılarının ekipajları hava hədəflərini iki taktiki “Mirage-2000” və “Rafale” qırıcıları, həmçinin Fransa Aerokosmik Qüvvələrinə məxsus C-135 yanacaqdoldurma təyyarəsi olduğunu müəyyən edib, onları Qara dəniz üzərində müşayiət ediblər.

Məlumatda o da qeyd olunub ki, xarici hərbi təyyarələrin Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşmasının qarşısı alındıqdan sonra rus qırıcıları aerodroma qayıdıb,

Rusiya qırıcılarının uçuşları hava marşrutlarının tələblərini pozmadan və xarici dövlətlərin təyyarələri ilə təhlükəli yaxınlaşmadan neytral sular üzərində beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png