ONN İnformasiya Agentliyi

Zaxarova erməni yalanını İFŞA ETDİ: “O biri günə qədər vaxt verəcəyik”

Zaxarova erməni yalanını İFŞA ETDİ: “O biri günə qədər vaxt verəcəyik”
09 Dekabr 2021 - 20:39

Ermənistanın “Hraparak” qəzetinin Rusiyanın İrəvandakı səfir Sergey Kopırkinin qeyri-qənaətbəxş iş fonunda Moskvaya geri çağırılmasına hazırlaşdığı barədə xəbəri dezinformasiyadır. Rusiya tərəfi təkzib gözləyir.

ONN media TASS-a nistinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.

“Biz onlara sabahdan o biri günə qədər vaxt verəcəyik. Ola bilsin ki, onlar artıq bu gün çap üçün buraxılışı veriblər, amma sabah o biri gün təkzib dərc etməlidirlər, çünki saxta məlumat çap ediblər. Doğru deyil, bu dezinformasiyadır”, – XİN sözçüsü deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya səfiri respublikada fəaliyyətini davam etdirir və ölkə rəhbərliyinin bu istiqamətdə qarşıya qoyduğu tapşırıqları yerinə yetirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png