ONN İnformasiya Agentliyi

Ermənistan lidersiz qalıb – Şarmazanov

Ermənistan lidersiz qalıb – Şarmazanov
10 Dekabr 2021 - 10:29

“Xalq lidersiz qələbələr çala bilməz. Nikol Paşinyan lider deyil, Ermənistan faktiki olaraq lidersiz qalıb”.

ONN media erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın “Respublikaçılar” partiyasının sözçüsü Eduard Şarmazanov deyib. O bildirib ki, xalq qələbə istəyirsə, keçmiş prezidentləri – Sarkisyan-Koçaryan cütlüyünü, yəni “Qarabağ klanı”nı hakimiyyətə qaytarmalıdır:

“Mən demişəm, deyirəm ki, vətən o zaman qalib gəlir ki, millətin qaymaqları öz kürsüsündə olur, ona rəhbərlik edir. Xalq lidersiz qələbə qazana bilməz. Tarixə baxın, Aram Manukyan, Qaregin Njde və Vazgen Sparapetsiz qələbələrimiz mümkün deyildi. Bu gün də elədir, erməni xalqının qaymaqları cəmiyyətə rəhbərlik etməlidir. Onlar isə məhkəmə salonlarına məhkum olunublar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png