ONN İnformasiya Agentliyi

Saakaşvilini psixiatr müayinə edəcək

Saakaşvilini psixiatr müayinə edəcək
11 Dekabr 2021 - 21:52

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhəti psixiatr tərəfindən qiymətləndiriləcək.

ONN media  xəbər verir ki, bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış tibbi şuranın üzvü, həkim Qriqol Qriqoliya jurnalistlərə məlumat verib.

“Bizdə məlumat var ki, o, külli miqdarda psixotrop maddə qəbul edir, ona görə də sabiq prezidentin Qori xəstəxanasına baş çəkməsinə ehtiyac yaranıb. Çünki biz konkret araşdırma aparmalıyıq”, – Qriqoliya keçmiş prezidenti ziyarət etdikdən sonra deyib.

Saakaşvilinin qohumları və dostları dəfələrlə sabiq dövlət başçısının depressiyaya düşdüyünü bildiriblər. Bundan əlavə, ona böyük dozada psixotrop iynələr vurulduğu bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png