ONN İnformasiya Agentliyi

Məşhur yutuber evində ölü tapıldı

Məşhur yutuber evində ölü tapıldı
12 Dekabr 2021 - 15:18

21 yaşlı məşhur yutuber Kristina Kika Dukiç Belqraddakı evində ölü tapılıb.

ONN media xəbər verir ki, gənc fenomenin ölüm xəbərini anası Nataşa açıqlayıb.

İnstaqram, Yutub və Tvitterdə bir milyondan çox izləyicisi olan Kristinanın intihar etdiyi bildirilib.

Gənc fenomenin dostları onun bir neçə ildir kiber zorakılıqla mübarizə apardığını deyiblər. Bir müddət nifrət dolu şərhlər alan Kristinanın zorakılığa dözmədiyi üçün intihar etdiyi iddia edilib.

Serbiya Daxili İşlər Nazirliyi gənc fenomenin ölümünün araşdırıldığını açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png