ONN İnformasiya Agentliyi

Gürcüstanda kilsədən qiymətli ikona oğurlandı

Gürcüstanda kilsədən qiymətli ikona oğurlandı
13 Dekabr 2021 - 19:57

Gürcüstanın şərqində, Gurcaani rayonunun Çumlaki kəndindəki qədim kilsə qarət olunub.

ONN media  xəbər verir ki, oğrular çox qiymətli “Tanrı anası” (“Boqomateri”) ikonasını oğurlayıblar.

Kilsə xidmətçisi Uça Kemaşvili deyib ki, bu, birinci hal deyil. Cinayətkarlar keçən il Müqəddəs Qeorqi kilsəsindən ikona oğurlayıblar.

Gurcaani bələdiyyəsi ərazisindəki kilsələrdən ümumilikdə dörd belə qiymətli ikona oğurlanıb. Lakin bu cinayətlərə görə indiyədək heç kim saxlanılmayıb.

Oğurlanan əşyaların çox qiymətli olduğu bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png