ONN İnformasiya Agentliyi

Azərbaycanda elektrik enerjisi istehsalı və istehlakı həcmi açıqlandı

Azərbaycanda elektrik enerjisi istehsalı və istehlakı həcmi açıqlandı
15 Fevral 2022 - 15:29

2021-ci ildə Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 27 855,7 mln. kVt·st olub.

Bu, 2020-ci illə (25 811,2 mln. kVt·st) müqayisədə 2 044,5 mln. kVt·st (7,9%) çoxdur.

Ötən il respublikada ümumi elektrik enerjisinin istehlakı isə 23 435,6 mln. kVt·st olub və 2020-ci illə (21 969,9 mln. kVt·st) müqayisədə 1465,7 mln. kVt·st (6,7%) artıb.

2021-ci ildə elektrik enerjisinin istehsalı İES-lərdə 26 238,5 mln. kVt·st, SESlərdə 1277,3 mln. kVt·st, digər mənbələr üzrə isə cəmisi 339,9 mln. kVt·st, o cümlədən, KES-lərdə 91,5 mln. kVt·st, GES-lərdə 55,2 mln. kVt·st, bio ES-lərdə 193,2 mln. kVt·st olub. 2021-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 037,8 mln. kVt·st (İES-lərdə 23 904,9 mln. kVt·st, SES-lərdə 1132,9 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451,0 mln. kVt·st (İES-lərdə 269,5 mln. kVt·st, SESlərdə 130,3 mln. kVt·st, Günəş ES-də 51,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2300,8 mln. kVt·st təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png