ONN İnformasiya Agentliyi

Paşinyandan Azərbaycanla bağlı açıqlama: “İşlər başlayıb, əlbəttə, olacaq”

Paşinyandan Azərbaycanla bağlı açıqlama: “İşlər başlayıb, əlbəttə, olacaq”
17 Fevral 2022 - 15:14

Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.

ONN media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, – Paşinyan bildirib.

N.Paşinyanın sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisinə başlamaq üçün tender elan edəcək:

“Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png