ONN İnformasiya Agentliyi

Qəzada ölən hərbçimizə şəhid statusu veriləcək?

Qəzada ölən hərbçimizə şəhid statusu veriləcək?
29 Avqust 2022 - 10:51

Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Vahid Maarif oğlu Ərəblinskiyə şəhid statusu veriləcək.

ONN media xəbər verir ki, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png