ONN İnformasiya Agentliyi

15 yaşlı qıza zorakılıq edən şəxslərin aqibəti necə oldu?

15 yaşlı qıza zorakılıq edən şəxslərin aqibəti necə oldu?
29 Avqust 2022 - 11:26

Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlər həbs ediliblər.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən üç nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, Bərdədə dörd nəfər 14 yaşlı qızla cinsi əlaqədə olub və videosunu çəkərək kənd sakinləri arasında yayıb.

Bərdə rayon sakinləri yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlərin Kətəlparaq kəndini tərk etmələrini tələb ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png