ONN İnformasiya Agentliyi

Laçın dəhlizi tam bağlandı

Laçın dəhlizi tam bağlandı
30 Avqust 2022 - 21:57

Bu gün saat 20:00-dan etibarən ermənilər üçün Laçın dəhlizi bağlanıb

ONN media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan Xankəndi şəhəri və ətraf ərazilərə ermənilərin girişi yeni yol vasitəsilədir. Yeni yol Laçın şəhərindən yan keçir.

Qeyd edilib ki, yeni yolun Ermənistandan keçən hissəsi hələ hazır deyil. Ermənistan öz ərazisində yeni yolu gələn ilin yazında təhvil verəcək. Hələlik isə Ermənistan müvəqqəti yoldan istifadə üçün şərait yaradıb.

Qeyd edək ki, Laçın şəhəri, Sus və Zabux Azərbaycanın nəzarətinə 26 avqustda keçib. Ancaq müvəqqəti olaraq, yolda dayanmamaq şərti ilə 30 avqusta qədər ermənilərin giriş-çıxışına icazə verilmişdi

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png