ONN İnformasiya Agentliyi

Gündəmi zəbt edən foto- NƏYƏ İŞARƏDİR?

Gündəmi zəbt edən foto- NƏYƏ İŞARƏDİR?
31 Oktyabr 2022 - 21:52

Putin Paşinyanın başı üzərində çətir açdı: simvolik mənası göz qabağındadır. Ermənistan bir ölkə kimi hər dəfə kiminsə altına “dalır”. Bu gün Rusiyanın, sabah Fransanın və ya ABŞ-ın altına… Və Ermənistana hər an xəyanət edirlər.

ONN media xəbər verir ki, bu sözləri rusiyalı ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya lideri Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla Soçidə görüşü zamanı “Putinin çətiri altında” çəkilən fotonu paylaşaraq qeyd edib.

Korotçenko Putinlə İlham Əliyevin bugünkü görüşdən fotosunu da paylaşıb və bunun da simvol olduğunu bildirib:

“Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü. İki tam suveren dövlətin iki müstəqil rəhbəri.

Hər biri – öz çətirinin altında”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png