ONN İnformasiya Agentliyi

Həbsdə olan Dilan Polat: “Gərək o paylaşımları etməzdim, çox peşmanam”

Həbsdə olan Dilan Polat: “Gərək o paylaşımları etməzdim, çox peşmanam”
16 Dekabr 2023 - 12:38

Ötən ay həbs edilən sosial media fenomeni Dilan Polat ilk dəfə peşman olduğunu etiraf edib.

ONN media xəbər verir ki, Dilan sosial şəbəkədə etdiyi paylaşımları səbəbindən peşman olduğunu bildirib.

Bu barədə sosial media fenomeni vəkili vasitəsilə yaydığı açıqlamada qeyd edib:

“Sosial şəbəkədə etdiyim paylaşımlar izləyicilərim üçün idi. Gündəlik həyatımda baş verənləri əks etdirmir. Amma gərək o paylaşımları etməzdim. Çox peşmanam. Çox kədərlənirəm və artıq dözə bilmirəm”.

Xatırladaq ki, noyabrın 5-də Türkiyənin Azərbaycanda da çox izlənən sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub.

Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png