ONN İnformasiya Agentliyi

Türkiyənin Rusiyaya ixracı kəskin azaldı

Türkiyənin Rusiyaya ixracı kəskin azaldı
22 Fevral 2024 - 15:14

Türkiyənin Rusiyaya ixracının həcmi 2023-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında 30%-dən çox azalıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Şurasının (TİM) məlumatında deyilir.

Qeyd olunur ki, 2023-cü ilin dekabr ayında Türkiyə Rusiyaya 791 milyon dollardan çox mal tədarük edib:

“Yanvarda isə 551 milyon dollardan artıq məhsul tədarük edilib ki, bu da tədarükün 30,3% azaldığını göstərir. Türkiyənin digər əsas xarici ticarət tərəfdaşlarına gəldikdə isə vəziyyət fərqlidir.

Belə ki, Almaniyaya ixrac ay ərzində 5,4%, ABŞ-a isə 2,7% artıb. Eyni zamanda, İtaliyaya ixracın həcmi təxminən 6%, Böyük Britaniyaya 10%-dən çox, İsrailə 19%, Fransaya demək olar ki, 19% azalıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png