ONN İnformasiya Agentliyi

Prezidentin PA-da vəzifə verdiyi Fərid Seyidov kimdir?

Prezidentin PA-da vəzifə verdiyi Fərid Seyidov kimdir?
22 May 2024 - 16:42

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Seyidov Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilib.

ONN media xəbər verir ki, Fərid Seyidov indiyədək sözügedən şöbədə müdir müavini vəzifəsini icra edib.

Belə ki, bu ilin yanvarın 11-də Fərid Mirmufid oğlu Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini təyin edilib. O, həmin gündən şöbənin sədrinin də vəzifələrini icra edib.

Qeyd edək ki, sözügedən vəzifəni ötən ilin dekabr ayına kimi Məhərrəm Əliyev tutub. O, 2023-cü ilin dekabrın 9-da vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png