ONN İnformasiya Agentliyi

Doğulduğu gündən saçını kəsdirmir

Doğulduğu gündən saçını kəsdirmir
23 May 2024 - 14:37

Türkiyənin Bolu şəhərində orta məktəb şagirdi olan və doğulduğundan bəri saçları heç kəsilməyən 14 yaşlı Zeynep Naz Satırın saçları öz boyu ilə eyni uzunluqda 160 santimetrə çatıb.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, uzun saçlarının ətrafdakıların diqqətini çəkdiyini bildirən Zeynep Naz Satır deyib:

“Əslində kəsdirməyi düşündüm, amma indi mənim bir parçam kimidir. Mən onları kəsə biləcəyimi düşünmürəm. İnsanların çox xoşuna gəlir. Deyirlər ki, sənə çox yaraşır. Mən də xoşbəxt oluram. Gözəl hissdir”.

Aansı Gültən Satır qızının saçlarına xüsusi qulluq etdiyini bildirib:

“Qızımın saçları üçün müxtəlif yağlar, vitaminlər istifadə edirəm. O doğulanda özümə söz vermişdim. Məktəbə gedənə qədər kəsdirməyəcəkdim. Məktəbdən sonra özü qərar versin dedim. Bu dəfə o, razı olmadı. Doğulandan bəri heç kəsməmişik. Bundan sonra mənim üçün də, onun üçün də çox çətin olacaq”. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png