ONN İnformasiya Agentliyi

Türkiyə bu ölkədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI

Türkiyə bu ölkədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI
25 May 2024 - 19:20

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb.

ONN media xəbər verir ki, Myanmada son aylarda şiddətlənən münaqişələr və mülki əhali arasında artan itkiləri böyük narahatlıq hissi ilə izlədiklərini bildirən XİN bölgəyə humanitar yardımların çatdırılması üçün çağırış edib.

“Son günlərdə başda Rohinqa müsəlmanları olmaqla, Arakan əyalətindəki mülki əhaliyə qarşı edilən hücumlar və on minlərlə insanın yerindən didərgin edilməsinə yol açan hüquq pozuntuları ilə bağlı xəbərlər bizi dərindən kədərləndirir”, – bəyanatda bildirilib.

Nazirlik münaqişə tərəflərini beynəlxalq hüquq və humanitar normalara əməl edərək, mülki əhali və infrastrukturu qorumağa, etnik və ya dini münaqişələri artıracaq hərəkətlərdən çəkinməyə çağırıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png