ONN İnformasiya Agentliyi

“Neftçi” baş məşqçi ilə yollarını ayırdı

“Neftçi” baş məşqçi ilə yollarını ayırdı
26 May 2024 - 14:14

“Neftçi” futbol klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

ONN media xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” M.Bojoviç ilə olan müqavilənin müddətinin uzadılmaması barədə qərar verib. Klub monteneqrolu məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Neftçi” ötən ilin sonunda komandaya baş məşqçi təyin olunan mütəxəssisin rəhbərliyi ilə mövsümü beşinci yerdə bitirib və avrokuboklara vəsiqə qazana bilməyib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png