ONN İnformasiya Agentliyi

Daha bir ölkədə aksiya keçirilir

Daha bir ölkədə aksiya keçirilir
26 May 2024 - 20:44

İspaniyanın paytaxtı Madriddə yenidən baş nazir seçilən İspaniya Sosialist İşçi Partiyasının lideri Pedro Sançesə qarşı keçirilən etiraz aksiyasında 20 minə yaxın vətəndaş iştirak edib.

Məlumata görə, nümayişçilər həmçinin 2017-ci ildə regionun müstəqilliyi ilə bağlı referendumla nəticələnən Kataloniya separatçıları üçün gələcək amnistiya qanununun da əleyhinə çıxış edirlər.

Yürüşün təşkilatçısı müxalif Xalq Partiyası olub.

Etirazçılar özləri ilə İspaniya bayraqları gətirib və “İspaniya cavab verir” şüarları səsləndiriblər.

Xalq Partiyasının lideri Nunyes Feyxoonun sözlərinə görə, aksiyanın prioritet məqsədi demokratiya, məhkəmə sisteminin müstəqilliyi və azad medianın müdafiəsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png