ONN İnformasiya Agentliyi

Onlara dövlət mükafatları verildi – Sərəncam

Onlara dövlət mükafatları verildi – Sərəncam
27 May 2024 - 16:23

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

ONN media xəbər verir ki, sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları aşağıdakı şəxslərə verilib:

Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə;

Mədəniyyət sahəsi üzrə mükafat teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Mehriban Zaur qızı Ələkbərzadəyə.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png