ONN İnformasiya Agentliyi

Xaçmazda ağır yol qəzası baş verib

Xaçmazda ağır yol qəzası baş verib
17 İyun 2024 - 14:52

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media-nın məlumatına görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əhmədov Qabil Əzizağa oğlu hadisə yerindəcə ölüb.

Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri – 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png