ONN İnformasiya Agentliyi

Daha bir boksçumuz finalda!

Daha bir boksçumuz finalda!
29 İyun 2024 - 10:41

Azərbaycanın təmsilçisi Nihat Qasımov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala yüksəlib.

ONN media xəbər verir ki, N.Qasımov 48 kq-da Filip Stanoyeviçi (Serbiya) məğlub edib.

O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Bundan başqa, Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png