Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov istefa verib.
ONN media xəbər verir ki, istefaya səbəb AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – İngiltərə matçı zamanı baş verən qalmaqal olub. Bundan başqa, qarşılaşma yerli azarkeşlərin irqçi davranışlarına görə iki dəfə dayandırılıb.
Qeyd edək ki, o, bu posta 2005-ci ildə gəlmişdi.